Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
Federasiyadan sayta verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib.
Bütün raundları xeyrinə başa vuran Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador) döyüşəcək.
Gununsesi.info