Azərbaycan boksçusu Lorenzo Sotomayor dörddədəbir final mərhələsinə vəsiqə qazandı

  • By admin
  • 15 Avqust 2016 09:53

14712237174466053844_1000x669

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Gununsesi.info xəbər verir ki, oyunların növbəti günündə Avropa Oyunlarının qalibi, Azərbaycan boksçusu Lorenzo Sotomayor (64) “Rio-2016”da ikinci görüşünə çıxıb.

Boksçumuz 1/8 final mərhələsində fransalı idmançı Hassan Amzil ilə qarşılaşıb. Fransalı rəqibini məğlub edən Lorenzo Sotomayor dörddədəbir final mərhələsinə vəsiqə qazanıb.

Gununsesi.info