Azərbaycan prezidenti İlham Əliyev bu gün BP şirkətinin prezidenti Robert Dadli ilə görüş zamanı “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə ediblər.
Gunnunsesi.info bu barədə dövlət başçısının saytına istinadə məlumat verir.
Görüşdə qeyd edilib ki, bu yatağın gələcəkdə işlənilməsində xarici şirkətlər maraqlıdırlar. Bundan əlavə yatağın gələcəkdə uğurla işlənilməsi xarici şirkətlər tərəfindən çoxmilyardlı investisiyaların davam etdirilməsi, böyük həcmdə əlavə neft hasilatı, qarşıdakı illərdə də çoxsaylı yeni iş yerlərinin açılması üçün imkanlar yaradacaq.
İ.Əliyev və R.Dadli həmçinin “Cənub” qaz dəhlizinin yaradılması və “Şahdəniz-2” layihəsi ilə bağlı aparılan işlərdə əldə edilmiş irəliləyiş, BP şirkətinin “Şəfəq-Asiman” blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirdiyi işlər və BP-nin Azərbaycanın neft-qaz sənayesinin inkişafında iştirakının perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.
Vüsalə Rüstəmova
Gununsesi.info