Azərbaycan bu il 10 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan bu il 10 mlrd. dollarlıq xam neft ixrac edib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 9 mlrd. 637 mln 331,13 min dollar dəyərində 24 mln. 723 min 729,01 ton xam neft ixrac edib.

Gununsesi.info Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 5 mln. 624 min 771,11 ton və ya 29,45%, məbləğ baxımından isə 3 mlrd. 741 mln. 457,38 min dollar və ya 63,46% çoxdur.

Xatırladaq ki, 2016-cı ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 5 mlrd. 895 mln. 873,75 min dollar dəyərində 19 mln. 98 min 957,90 ton xam neft ixrac edilib.

2017-ci ilin yanvar-noyabr ayları ərzində xam neftin Azərbaycanın ümumi ixracında payı 77,09% təşkil edib.

Gununsesi.info

COMMENTS