Azərbaycan bu ölkələrnən əczaçılıq sahəsində birgə əməkdaşlıq niyyətindədir - SİYAHI

  • By admin
  • 25 İyul 2017 13:40
czaciliq
Pirallahı Sənaye Parkında  dəyəri 4 mln. ABŞ dolları olan “Diamed Co” zavodu 2018-ci ilin 1-ci yarısında istismara veriləcək.
Gununsesi.info xəbər veri ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev nazirliyin 2017-ci ilin birinci yarımilənə həsr olunmuş kollegiya iclasında deyib.
Onun sözlərinə görə,  Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılbmasıdır. “Bu məqsədlə Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub və dəyəri 4 mln. ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə tutan “Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq və müəssisə 2018-ci ilin 1-ci yarısında istismara veriləcək. Ümumilikdə bu müəssisələrdə 350-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur” –deyə, nazir vurğualyıb.
Nazir əlavə edib ki, bunlarla yanaşı, hazırda Türkiyənin, BƏƏ-nin, Yaponiyanın və Cənubi Koreyanın aparıcı şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair danışıqlar aparılır.

Mürtəza
Gununsesi.info