

Millət vəkili bankdakı maliyyə vəsatilərinin müəyyən miqdarından nağd yolla istifadəsi üçün şərait yaradılmasını təklif edir.
Azərbaycan Həməkarlar Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin vəsaitlərinin banklarda olduğundan onlara yardım edən şəxslərə nəğd qayada yardım edə bilməməsini Milli Məclisin ötən isclasında gündəmə gətirməsi cəmiyyətdə ciddi rezonansa səbəb olub.
Millət vəkilinin səsləndirdiyi bu fikir digərhəmkarları tərəfindən dəstəklənib.
Bu məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən millətvəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, bankların sağlamlaşdırılması və fəaliyyətinin şəffaf qurulması istiqamətində atılan bütün addımları alqışlayıram. “Ancaq deputata həmkarımız Səttar Mehbalıyevin nağdsız hesablaşmalarla bağlı ciddi problemlə üzləşməsi barədə səsləndirdiyi təklif yerində olan və ciddi məsələdir. Belə bir problemlə o deyil, digər qurumlar və təşkilatlar da üzləşirlər. Çünki indiki şəraitdə bütün əməliyyatların bank vasitəsi ilə həyata keçirilməsi qeyri-mümkündür. Yəni Azərbaycanın bu gün bu prosesə tam hazır deyil. Xırda bir vəsaitin bank əməliyyatı yolu ilə həyata keçiriləməsi bir də görürsən ki, xeyli vaxt almaqla yanaşı digər problemlərə də yol açır. Elə məqam olur ki, təcili olaraq ya kiməsə maddi vəsait verməli olursan və yaxud hansısa iş üçün maddi vəsait lazım olur. Belə olan halda bankdakı vəsaitdən istifadə edə bilmirsən. Buna zaman tələb olunur”- deyə, T.Kərimli vurğulayıb.
Millət vəkili əlavə edib ki, bəzən belə maliyyə əməliyyatlarını həyata keçrimək üçün 50-dək bank hesabı açmalı olursan: “Təsəvvür edin, hələ biz siyasi partiyayıq və partiya xətti ilə alınan hansısa kiçik həcmli vəsaiti ən xırda kommunal xərcləri üçün bank hesabları açmalı oluruq. Bəzən elə olur ki, yerli təşkilatı və ya ucqar kənddə yaşayan ehtiyacı olan insana hansısa formada maddi yardım etmək istəyirsən. Ancaq bunun üçün maliyyə əməliyyatını bank yolu ilə həyata keçriməlisən və bu da xeyli prosedur qayda və zaman tələb edir. Ona görə də bu və digər məsələləri nəzərə alaraq qanunvericilikdə dəyişiklik edilməlidir”.
T. Kərimli deyib ki, belə praktika hətta dünyanın bir sıra inkişaf etmişölkələrində də mövcuddur. “Hətta Amerikada belə bankdakı maliyyə vəsaitinin müəyyən limitindən nağd qaydada hesablaşma aparılmasına icazə verilir. Belə bir prkatikanı Azərbaycanda da tətəbiq etmək olar. Bununla da bəzi problemləri həll etmək olar. Yaranmış vəziyyət təkcə vaxt itkisi, brükratik əngəlliklərlə yanaşı maliyyə mühasibat sistemində də ciddi gərginlik yaradır. Ona görə də aidiyyatı qurumlara bu sahədə qanunvericilik bazasında dəyişiklik edilməsini təklif edirəm”-deyə, T.Kərimli bildirib.
Millət vəkili Fərəc Quliyev də bu məsələnin ciddi problem yaratdığını qeyd edərək, bu sahədə qanunvericilik səviyyəsində təkmilləşdirilməsini təklif edib.
Mürtəza
Gununsesi.info