“Azərbaycan cavabı həm masada, həm də döyüşdə verdi” - Hikmət Hacıyev

  • By admin
  • 08 Noyabr 2022 12:30

“Şuşa işğal olunanda mən 13 yaşında idim, məktəbli idim. Biz Şuşanı uşaqlıqdan görmədən sevmişik”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, bu gün biz Qarabağda biz erməni terrorunun nəticələrini görürük:

“Onlar Qarabağda bir ağac əkməyiblər. Ağdama artıq Qafqazın Hiroşiması deyilir. Müharibə bitsə də, ermənilərun vəhşilikləri bitmir. Demək olar ki, bir vətəndaşımız ermənilərin basdırdığı minaların qurbanı olur. Azərbaycanın Paşinyan hakimiyyətə gələndə ümidləri vardı ki, o digərlərindən fərqli olacaq. Çünki o, Qarabağ klanında iştirak etməyib. Amma o deyəndə ki, “Qarabağ Ermənistandır nöqtə” hər şey fərqli oldu. Azərbaycan cavabı isə həm masada, həm də döyüşdə verdi. Müharibə vaxtı həm də istifadə etdiyimiz silahlar da dünya tərəfindən pis qarşılanırdı. Qardaş Türkiyənin “Bayraktar”na Qarabağ müharibəsində dünya ölüm silahları deyirdisə, indi Ukrayna müharibəsində sülh mələkləri deyilir”, – PA rəsmisi deyib.

Gununsesi.info