Azərbaycan cazı Almaniyada

Almaniyada keçirilən Jazzahead Beynəlxalq sərgi və festivalda Azərbaycan cazı da təqdim olundu.

Gununsesi.info Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, aprelin 28-dən mayın 1-dək Bremen şəhərində keçirilən Jazzahead-2022 caz üzrə ən mühüm və geniş beynəlxalq platformadır. Buraya dünyanın bir çox ölkəsindən 15 minə yaxın ziyarətçinin gəlməsi gözlənilir. Azərbaycan bu ilki sərgidə iki istedadlı ifaçı – pianoçu Əfqan Rəsul və vokalçı Diana Hacıyeva duetini təqdim edir. Peşəkar pianoçu, Montrö Caz Festivalı gənc caz musiqiçilər müsabiqəsinin iştirakçısı Əfqan Rəsul tanınmış gənc vokalçı Diana Hacıyeva ilə birlikdə qısa müddət ərzində həm dinləyicilərin, həm də bu janrın peşəkar bilicilərinin sevdiyi tandem yaradıb və bu duet ilk dəfə Bakı Caz Festivalı 2021-in səhnəsində təqdim olunub.

HTML tutorial

Jazzahead beynəlxalq caz sərgisində ölkəmizin iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Aprelin 27-də Almaniyanın Bremen şəhərində keçirilən Deutche Jazz Preis – Alman Caz Mükafatlarının  təqdim edilməsi mərasimində tanınmış gənc ifaçı, Əməkdar artist İsfar Sarabski də iştirak edib. İ.Sarabskinin “Planet” albomu “İlin ən yaxşı xarici debüt albomu” nominasiyası üzrə təqdim olunub. Albom Mükafata təqdim olunmuş yüzlərlə yeni layihələr arasından münsiflər heyəti tərəfindən 3 nominantdan biri kimi seçilib.

Gununsesi.info