Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar - FOTO

  • By admin
  • 19 Aprel 2017 14:12

judo-cudo
Aprelin 20-də Polşanın Varşava şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək.

Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, dörd gün davam edəcək mötəbər yarışda Azərbaycan milli komandası 13 cüdoçu ilə təmsil olunacaq.

Belə ki, aprelin 20-i və 22-i cüdoçularımız fərdi yarışlarda mübarizə aparacaqlar. Ayın 23-də isə millimiz komanda yarışında qüvvəsini sınayacaq.

Qeyd edək ki, fərdi yarışlarda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) digər cüdoçularımızla birgə yarışacaq.

Anar
Gununsesi.info