Azərbaycan cüdoçuları Avropa kubokunda 2 medal qazanıblar

  • By admin
  • 12 May 2018 18:46


Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Gununsesi.info-ya verilən xəbərə görə, beynəlxalq turnurin ilk günü milli komandamızın cüdoçuları üçün uğurlu olub.

60 kq çəki dərəsində Azərbaycan finalı baş tutub. Mehman Sadıqov və Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada görüşüblər. Nəticədə Mehman Sadıqov qızıl, Kəramət Hüseynov gümüş medal qazanıb.

Qeyd edək ki, Orenburq turnirində 16 ölkədən 279 cüdoçu mübarizə aparır.

Gununsesi.info