Azərbaycan cüdoçusu FİNALDA

  • By admin
  • 13 May 2017 11:02

aisha_qurbanli_cudo_130517

Azərbaycan cüdoçusu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün cüdo üzrə keçirilən yarışlarda finala çıxıb.

Gununsesi.info-nun məlumatına görə, finala vəsiqə qazanan idmançımız Aişə Qurbanlı 48 kq çəki dərəcəsində yarımfinalda iordaniyalı cüdoçu Aiah Kitaneh ilə qarşılaşıb.

İdmançımız rəqibi üzərində qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Gununsesi.info