“Azərbaycan Dəmir Yolları” : “Betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşüb”

  • By admin
  • 07 Mart 2017 12:59

trend_railway_220217_02

Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.

Bu barədə Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən həmin körpüdə kranın aşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Qeyd olunub ki, bir müddət əvvəl betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar olaraq, həmin körpü “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təmirə bağlanıb:

“Bu məqsədlə körpüdə bu gün səhərdən təmir işlərinə başlanıb. Təmirlə əlaqədar həmin küçədə nəqliyyatın hərəkəti də müvəqqəti dayandırılıb. Kranın aşması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Gununsesi.info