Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejimində çalışıb -SƏBƏB

  • By admin
  • 27 Mart 2018 11:02

Bayram günlərində sərnişin qataralarında sıxlıq müşahidə olunub

Gununsesi.info xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı günlərində gucləndirilmiş iş rejimində çalışıb.
Əgər adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib.

Qeyd edək ki, ən çox sıxlıq Bakı-Tbilisi, Bakı-Qazax, Bakı-Böyük Kəsik və Bakı-Balakən sərnişin qataralarında müşahidə olunub.

Gununsesi.info