“Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi 10 ədəd “NAZ Lifan” avtomobili alıb. Gununsesi.info xəbər verir ki, bu barədə Report.az-a qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur: “Ümumiyyətlə,“Azərbaycan Dəmir Yolları”nın avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək”.
Gununsesi.info