“Azərbaycan Dəmir Yolları” QSC ötən il büdcəyə 23 milyon manat ödəyib

  • By admin
  • 23 May 2017 17:04

demiryol qsc

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2014-cü ilə nisbətən 19 mln. 540,5 min manat və ya 7 dəfə artıb.

Gununsesi.info-nun məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

İcbari ödənişlər 2015-ci ilə nisbətən 16 mln. 115,5 min manat və ya 3,4 dəfə artaraq 22 mln. 776,3 min manatadək yüksəlib.

Cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 3 mln. 701,2 min manat (99,96%) azalaraq 1,5 min manat, artıqödəmənin həcmi isə 2 mln. 121,3 min manat (39%) azalaraq 3 mln. 314,5 min manat təşkil edib.

Gununsesi.info