“Azərbaycan dəmir yolları”ndan sərnişinlərə MÜRACİƏT: gecikmələr yaran bilər

“Azərbaycan dəmir yolları” QSC (ADY) gözlənilən hava şəraiti ilə əlaqədar sərnişinlərə müraciət edib.

ADY-dən Gununsesi.info-ya verilən məlumata görə, müraciətdə deyilir:

HTML tutorial

“Dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında havanın kəskin pisləşəcəyi, yağıntılı olacağı, küləyin sürətinin artacağı gözlənilir.

Təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər. Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.

Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik”.

Gununsesi.info