
Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Əbişov Rəhman Qaçaxan oğlu
İsgəndərov Cümşüd Xələf oğlu
Nağıyev Nəriman Nurəddin oğlu.
Gununsesi.info