Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

  • By admin
  • 26 İyul 2017 12:48

trend_baku_city_spring_270415_01

Avqust ayında Azərbaycanda gənclər siyasəti sahəsində ən böyük tədbirlərdən olan Ümumdünya Skaut Konfransı və Forumu keçiriləcək.

Gununsesi.info məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu tədbir MDB məkanında, Türk dünyasında ilk dəfə olaraq Azərbaycanda keçirilir və həmçinin, iştirakçıların və ölkələrin sayına görə əvvəlki tədbirlərdən daha böyük olacaq.

Nazir müavininin sözlərinə görə, tədbirə artıq 153 ölkədən 1400-dən artıq iştirakçı qeydiyyata alınıb:

“Hesab edirəm ki, bu, dünyanın ictimai fəal gəncləri tərəfindən Azərbaycana olan maraqdır və biz tədbir çərçivəsində həmçinin, müxtəlif ölkələrdən parlament nünayəndələrinin və dövlət rəsmilərinin iştirakını gözləyirik”.

Qeyd edək ki, Ümumdünya Skaut Konfransı və Forumu 14-18 avqust tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info