Azərbaycan daha bir hasilat quyusundan gəlir qazanacaq

  • By admin
  • 10 İyun 2016 12:46

Guneshli quyu

 

HTML tutorial

“Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə 301 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu haqda Gununsesi.info-ya ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Quyu 2842-2830 metr intervaldan sutkalıq 100 ton neft və 35 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. İstismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Gülnaz Qənbərli