Azərbaycan daha bir idman yarışına ev sahibliyi edəcək - 2020-Cİ İLDƏ

  • By admin
  • 28 Dekabr 2016 15:42

polo

Polo üzrə Avropa çempionatı 2020-ci ildə Azərbaycanda keçiriləcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq qitə yarışının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Atçılıq Federasiyasının iclasında qərar qəbul edilib.

B.Nəbiyev polo üzrə Azərbaycan millisinin hazırda Argentinada təlim-məşq toplanışında olduğunu söyləyib: “Bizim çövkən oyunçularından ibarət polo üzrə milli komandamız var. Çövkən yarışları bizə polo üzrə milli komandaya yeni oyunçuların seçilməsinə imkan verir. Hazırda polo yığmamız Argentinada təlim-məşq toplanışı keçir. Bu yarışdan sonra bəzi oyunçular seçiləcək və komandanın ikinci heyəti formalaşacaq”.

Baş katib polo yığmasının 2018-ci ildə İtaliyanın Syena şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəyini də bildirib.

Gununsesi.info