Azərbaycan daha bir konvensiyaya qoşuldu

Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulub.

 

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

 

Azərbaycanın sənədə qoşulmasında məqsəd hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsidir.

 

Gununsesi.info