
Azərbaycan Dillər Universitetində kadr dəyişikliyi olub.
Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri ADU-nun rektoru Kamal Abdulla imzalayıb.
Əmrə əsasən, professor Sevinc Zeynalova universitetin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl ADU-nun Elmi işlər üzrə prorektoru işləyib.
Həmin vəzifəyə isə ötən gün Novruz Məmmədov təyinat alıb. /Oxu.az