
“Xaricdə olan diplomatlar arasında koronavirusa yoluxma halı yoxdur”.
Gununsesi.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O qeyd edib ki, onların ailələri arasında da COVID-19-a yoluxma halları qeydə alınmayıb:
“Bu günə qədər xaricdəki diplomatlarımız və ailə üzvləri ölkəyə geri qayıtmayıb. Bunun əsas səbəblərindən biri diplomatların və ailə üzvlərinin çalışdıqları ölkələrdə karantin rejiminə riayət etmələri olub”.
O qeyd edib ki, Azərbaycanda olan xarici diplomatlar arasında da koronavirusa yoluxanlar yoxdur.
Gununsesi.org