
1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatına, 2001-ci ildə isə Avropa Şurasına qəbul edilib. Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında ən demokratik və humanist prinsiplər öz əksini tapmış, 70 il sovet hakimiyyəti dövründə mövcud olan qanunlara birdəfəlik xitam verilmişdir. Yeni Konstitusiyaya əsasən, ölkə vətəndaşının din seçməkdə tam azadlığı var, onun müəyyən sahələrdə hüquqları Əsas Qanunun maddələri ilə qorunur.
Azərbaycanın dünya birliyinə inteqrasiyası həyatın bütün sahələrində, o cümlədən milli azlıqlara münasibətdə yeniliklər gətirdi. Xarici təcrübəyə əsaslanaraq, etnik azlıqlar öz hüquqlarının genişləndirilməsini və onlara münasibətdə dövlət siyasətinin korrektə edilməsini müdafiə etməyə başladılar. Amma heç vaxt tələblərə çatmayıb, istək və təkliflərlə kifayətləniblər. Lakin bunlara xüsusi ehtiyac yox idi, çünki Azərbaycan dövləti əvvəldən xarici təcrübənin bütün nailiyyətlərindən istifadə edərək milli azlıqların sosial və mədəni inkişafı üçün əlindən gələni edib.
Azərbaycan yeganə ölkədir ki, orada antisemitizmə heç vaxt yol verilməyib. Bu çox gözəl bir haldır və bu yenə onu subut edir ki, Azərbaycan həqiqətən ən tolerant ölkələrdən biridir.
Bu gün bir çox beynəlxalq institutlar və beyin mərkəzləri üçün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, tolerantlıq, tolerantlıq, qadın hüquqlarının təmin edilməsi, Qərb və Şərq mədəniyyətləri arasında körpünün qurulması, qadınların daha fəal iştirakının zəruriliyi kimi məsələlərdən ölkənin ictimai-siyasi həyatında Azərbaycan çox böyük rol oynayıb.
Adil Elxanoğlu
Gununsesi.info