Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

  • By admin
  • 04 Mart 2017 12:34

elektrik-1490422-622x360

Azərbaycandan bu ilin yanvar ayında xarici ölkələrə 1 383,08 min ABŞ dolları dəyərində elektrik enerjisi satılıb. 

Bu barədə Gununsesi.info Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 990,25 min dollar yaxud 3,5 dəfə çoxdur.

Yanvarda ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 27 530,83 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2016-ci ilin yanvarına nisbətən 18 334,83 min kVt/saat yaxud 3 dəfə çoxdur.

Elektrik enerjisi ixracı Azərbaycandan ümumi ixracın 0,17%-ni təşkil edib.

Gununsesi.info