Azərbaycan elektrik enerjisini özümüzə 11, gürcülərə 7 qəpiyə satır

  • By admin
  • 11 İyul 2017 14:18

isiqq

Bu ilin ilk yarısında xarici ölkələrə 584 milyon 427 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Gununsesi.info “yeniavaz.com”a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlarda bildirilir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri əvvəlki aylarla müqayisədə dəyişməz qalıb. İlk 5 ayda olduğu kimi ilk 6 ayda da xaricə satılan elektrik enerjisinin qiyməti 4 sent və ya 7 qəpik təşkil edib.

Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur. Bildiyimiz kimi elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (limitdən – 300 kVt/saat-dan artıq olduqda) bərabərdir.

Gununsesi.info