Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri Astanada görüşəcəklər

Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 14-də Astanada keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Emənistan XİN məlumat yayıb.

HTML tutorial

O qeyd edib ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.

Gununsesi.info