Avropa Parlamentində Azərbaycana sanksiya çağırışı - BORREL "YOX" DEDİ

“Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı sanksiyaları, eləcə də qaz kontraktını ləğv etməyi, yaxud dondurmağı nəzərdən keçirmir”.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqını xarici siyasət rəhbəri Jozep Borrel Avropa Parlamentinin dü iclasında deyib.

HTML tutorial

Ancaq o eyni zamanda Azərbaycanın Ermənistana “hücum etdiyini”, ərazisinin bir hissəsini “işğal etdiyni” deyib:

“Aydındır ki, Azərbaycan raketləri və dronları Ermənistan ərazisini hədəfə alıb, mülki infrastruktura zərbə vurub. Azərbaycan Ermənistanın ərazisinin bir hissəsini işğal edib və bu, tamamilə qəbuledilməzidir. Bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasıdır və indi qoşunlar bir-birinə o qədər yaxındırlar ki, yeni münaqişə təhlükəsi var”.

Deputatlar Borrelin tənqidindən razı qalmayıblar. Bəziləri Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyə, heç olmasa, dondurmağa çağırıblar.

Borrel isə cavabında bunun baş verməyəcəyini deyib

Gununsesi.info