
Sənədli filmlərimiz 27-ci “Rossiya” açıq sənədli filmlər festivalının xüsusi proqramında nümayiş olunacaq.
Gununsesi.info xəbər verir ki, festival 11-15 oktyabr tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
13 oktyabr tarixində Xamiz Muradovun “Fransa qəhrəmanı” (1975), Teymur Bəkirzadənin “Dissonans” (1978), Nicat Bəkirzadənin “Polad adalar” (1985), Zaur Məhərrəmovun “Köç” (1983), Yavər Rzayevin “Gözümün işiğı və ya qəribə heykəltaraş ömrü” (2014) və Tofiq Şahverdiyevin “Lahıc” (2014) sənədli filmləri nümayiş olunacaq.
Gununsesi.info