“Azərbaycan Fransa neokolonializmi ilə mübarizədə mühüm rol oynayır”

“Azərbaycan Fransa neokolonializmi ilə mübarizədə mühüm rol oynayır”.

 

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Yeni Kaledoniya parlamentinin Ailə və Qadın Məsələləri üzrə Komissiyasının sədr müavini Mari-Lin Sakiliya deyib.

 

“Azərbaycanın sədrliyi altında Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq ictimaiyyətin Fransanın keçmiş müstəmləkələrində aktivliyini qoruyub saxlamaq istəyi barədə məlumatlılığının artmasına mühüm töhfə verib. Bu, həmçinin Avropanın xammal bazarına təsir etmək cəhdləri, xüsusən Fransanın aparıcı sənaye sahələrinin qarşısında duran problemlər barədə məlumatlılığı artırmağa kömək edir”, – Mari-Lin Sakiliya deyib.

 

Onun sözlərinə görə, Fransa siyasəti hazırda Sakit Okean regionunda siyasəti keçmişdəki, daha doğrusu, 1960-cı illərdəki fəaliyyətindən heç nə ilə fərqlənmir və o, Yeni Kaledoniyada eynən bu cür fəaliyyət göstərir.

 

“Kanaki (Yeni Kaledoniya) kimi dövlətin suverenliyinin elan olunması əməkdaşlıq sazişlərinin imzalanmasına hazırlıqdır. Bu, Fransanın Sakit Okean regionunda Hindistan və Avstraliya kimi ölkələrlə imzalayacağı bir sıra ikitərəfli sazişlərin davamıdır.

 

Qeyd etmək lazımdır ki, Fransanın iqlim diplomatiyası dayanıqlı inkişaf və enerji təhlükəsizliyi arasında balans axtarışı üçün digər vasitələrdən də istifadə edir. Fransanın 2030-cu ilə qədərki müddət üzrə investisiya planı buna misaldır. Plan çərçivəsində Yeni Kaledoniya Energetikaya Keçid Sxemi (STENC) qəbul edib. Yeni Kaledoniyanın “energetikamızın ekologiyalaşdırılması konsepsiyası sayəsində” defisit yaşayan enerji təchizatı sistemi milliləşdirilib və Fransanın “ENGIE” şirkətinin törəməsi olan “EEC” şirkəti tərəfindən idarə olunur. Şirkət yerli nikel sənayesini inkişaf etdirməyə kömək edir”, – deyə o bildirib.

 

Mari-Lin Sakiliya qeyd edib ki, Yeni Kaledoniya şlakındakı böyük nikel ehtiyatları daha az potensiala malik olduğu hesab edilən paslanmaz polad istehsalının zərərinə Fransadan birbaşa xarici investisiyaların cəlb olunmasına imkan yaradacaq.

 

“Fransa hökumətinin “Prony Resources” və “Société Le Nickel” sənaye şirkətləri tərəfindən əldə edilən on milyardlarla İsveçrə frankı dəyərində bank kreditlərinə dair təminatı ilə eyni vaxtda elan edilən nikel böhranı sonuncuların yerli istehsalın zərərinə xam filiz ixracından asılılığını azaltmağa yönəlib və beləliklə, “xammala çıxış imkanının təmin olunması” ilə əlaqəli dekarbonizasiya problemlərinin həllində idarəedən dövlətin cəlb olunma səviyyəsini müəyyən edir.

 

Yeni Kaledoniya nikel hasilatına 1876-cı ildə başlayıb və bunu indiyədək etməyə davam edir, ümumi istehsal (1876-2015) 6,21 milyon ton nikel və ya dünyada hasil olunan bütün nikelin 10,2 faizi olub. Əfsuslar olsun ki, biz Fransanın “Fransa təhlükəsizliyi üçün yaxşı olan yerli hökumətin təhlükəsizliyi üçün də yaxşıdır və əksinə” siyasətinin şahidi oluruq. Lakin ilkin platforma siyasəti həyati əhəmiyyətli Sakit Okean məkanımız üçün heç də yaxşı deyil, çünki okeaniyalılar olan bizlərin fərqli düyagörüşü var.

 

Bizim Asiya-Sakit Okean mədəniyyətimiz digər milli strategiyalar və maraqlar üçün iqtisadi diplomatiya, xüsusən milli mətbəx, eləcə də, xammal tədarükü baxımından məkan təmin edir – bunların tükənməsi Asiya xalqlarının yox olmasına bərabər olardı ki, bu da ağlasığmazdır”, – o deyib.

 

Komissiya sədrinin müavininin sözlərinə görə, 2020-ci ildən Fransa dəfələrlə Yeni Kaledoniyanı öz tərkibində saxlamağa çalışıb.

 

“Bu, üçüncü və sonuncu referendum rekord sayda iştirak etməyənlərlə yadda qalıb, hər ikinci seçicidən çoxu səsverməni boykot edib. Lakin nazirlər Sebastyen Lekorno və Jerald Darmanin “beləliklə yaranan vəziyyətə” cavab olaraq Yeni Kaledoniyanın institusional gələcəyinin müzakirəsinə başladılar və ikinci qanunvericilik referendumundan sonrakı gün 10-a qədər siyasi xadimin rəhbərliyi altında “Leprédour” qrupu yaradıldıqdan və imzalayanlar Komitəsini bağlı qapılar arasında dialoqla əvəz etdikdən sonra müzakirələrin formatını dəyişərək, buraya vətəndaş cəmiyyəti və yerli iqtisadi aktorları da daxil etdilər”, – Mari-Lin Sakiliya son olaraq deyib.

 

 

 

Gununsesi.info