Azərbaycan Fransadakı terroru qətiyyətlə pislədi

  • By admin
  • 15 İyul 2016 10:26

xin-2

 

Azərbaycan Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyir.

Azərbaycan XİN-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda bildirlir ki, bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir və yaralananların tezliklə şəfa tapması dilənilir: “Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır. Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq”.

Gununsesi.info