Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

  • By ilhame
  • 22 Mart 2024 19:58

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

 

Gununsesi.info-nun məlumatına görə, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

Gununsesi.info