Azərbaycan geyim istehsalını artırıb

  • By admin
  • 17 Sentyabr 2016 22:14

0532e828ef83

 

HTML tutorial

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 75,1 mln. manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə toxuculuq sənayesində 2,7 dəfə, geyim istehsalında 20,3% artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 75,1% azalma müşahidə edilib. Beləliklə, cari ilin yanvar-avqust aylarında 31,5 mln. manatlıq toxxuculuq məhsulu, 36,6 mln. manatlıq geyim, 7,0 mln. manatlıq ayaqqabı istehsal olunub.

Rəsmi statistikaya əsasən, cari ilin yanvar-avqust ayları ərzində 302,8 min ədəd üst trikotaj, 160,9 min ədəd alt trikotaj, 1 263,2 min cüt corab, 222 068 ədəd kişilər üçün kostyum və komplekt istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə üst trikotaj istehsalında 2,4 dəfə artım, alt trikotaj istehsalında 23,4% azalma, corab istehsalında 10,6% azalma, kişi kostyumları istehsalında 53,1% artım qeydə alınıb.

Emal sənayesində yanvar-avqust aylarında 5,7 mlrd. manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.

 

 

Gununsesi.info