Azərbaycan gimnastı gümüş medal qazandı

Azərbaycan gimnastı gümüş medal qazandı

İdman gimnastikası üzrə dünya kubokunda qadınlar arasında dayaqla tullanma yarışında qaliblər müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, bu növdə təmsilçimiz Marina Nekrasova (14.216 xal) gümüş medala sahib olub.

Yarışda özbəkistanlı Oksana Çusovitina (14.300 xal) qızıl, sloveniyalı Tjasa Kisselef bürünc medal qazanıb.

Digər təmsilçimiz Yuliya İnşina (13.466 xal) dördüncü pillədə qərarlaşıb.

Gununsesi.info

COMMENTS