Azərbaycan gözəli Amerikada uşaq dünyaya gətirdi: Doğuş xərcləri 100 min dollar – FOTO

  • By admin
  • 03 Dekabr 2019 13:08

“Miss Azərbaycan 2014” titulunun sahibi Cavidan Qurbanova ikinci dəfə ana olub. 

Gununsesi.org xəbər verir ki, model ikinci oğlunu San-Fransisko şəhərinin klinikalarının birində dünyaya gətirib.

Cavidan Qurbanova şəxsi “Instagram” hesabında yeni doğulmuş körpəsiylə və həyat yoldaşı Orxan Məmmədovla çəkilmiş fotolarını paylaşıb.

Qeyd edək ki, Cavidan Qurbanova üç ildən artıqdır sevdiyi şəxslə ABŞ-da yaşayır. İlk övladı Azadı 2018-ci ilin avqustunda dünyaya gətirib.

Cavidan izləyicilərini ABŞ-da hamiləlik və doğuş mövzusunda məlumatlandırıb.

“San-Fransiskoda doğuş 15-100 min dollar arasında dəyişir. Qeysəriyyə əməliyyatı həmişə 5 min dollar bahadır. Hər şey hospitaldan və doğuş prosesinin şərtlərindən asılıdır. Bir sözlə, sığortasız doğmaq heç də məsləhətli deyil. Doğuşa 3 həftə qalmış öz həkimimə doğuş planımı apardım. Hansı şəraitdə doğmaq istəyirəm, palatada musiqi istəyirəmmi, doğuş zamanı kim iştirak edəcək, epudural anesteziya və qeysəriyyə və ya təbii doğuş istəyirəmmi, plasentanı xüsusi banka verməyə hazırammı, yoxsa özümdə saxlayacam, oğlum sünnət ediləcəkmi (sığorta bu proseduru qarşılamır, 1,5 il əvvəl ilk oğlum doğulanda 368 dollara idi, uşağa ana südü verəcəm yoxsa süni, doğuşdan sonra uşağın yuyundurulmasını istəyirəmmi, uşağa əmzik vermək istəyirəmmi və sairə. Həkim bütün bunları qeyd edir və surətini mənə verir.

Mən sancı başlanan gün klinikaya zəng vurub bu barədə xəbər verdim. Burada həkimlər doğuşa az müddət qalanadək evdə qalmağı məsləhət görürlər. Belə olan halda ana sancıları daha ağrısız keçirir. Mənim sancılarım 3 gün davam etdi. Bu müddət ərzində bir dəfə həkimə getdim, məni və bətnimdəki körpəni müayinə etdilər. Doğuş günü klinikaya gəldik və bütün sancıların yarısını isti su doldurulmuş vannada keçirdim, belə daha asan olur. Amma orada doğmağa icazə vermədilər. Bəli, mən özüm də istəmədim.

Tibbi personal çox mehribandır, doğuş prosesində məni çox dəstəkləyirdilər. Xəstəxanaya daxil olduqdan 12 gün sonra uşağım dünyaya gəldi, Orxan bütün doğuş ərəfəsində yanımdan ayrılmadı, oğlumuzun gözəyini özü kəsdi, uşağı doğuşdan sonra həmin an mənə əmizdirməyə verdilər, sonra neonatoloq gəldi və onu yoxladı. Körpəyə əgər sarı xətti keçərsə lifti blok edən və siqnalizasiyanı işə salan ötürücü taxdılar.

 

 

Xatırladaq ki, Cavidan Qurbanova “Miss Azərbaycan 2014” milli gözəllik müsabiqəsində iştirak edəndən sonra məşhurlaşıb. Daha sonra İspaniyada keçirilən “Queen Beauty Universe 2015” beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edib. Bunlarla yanaşı, Qurbanova şirkətlərin reklamlarına çəkilib, Bakıda keçirilən moda nümayişlərində podiuma çıxıb.

 

Gununsesi.org