
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Gununsesi.inf0-nun məlumatına görə, 92 kq çəki dərəcəsində yer alan idmançı finalda qazaxıstanlı Rizabek Aytmuxanla üz-üzə gəlib.
Rəqibinə uduzan Nurmaqomedov yarışı ikinci pillədə bitirib.
Gununsesi.info