Sabah qadın güləşi üzrə yığmamız Polşaya yollanacaq.
Millimiz Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Qitə birinciliyində ölkəmizi baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Tatyana Varansova (53 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, aprelin 20-də qadın güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Mariya Stadnik, Elis Manolova və Səbirə Əliyeva, aprelin 22-də isə Tatyana Varansovayla İrina Netreba mübarizəyə start verəcək.
Qeyd edək ki, bu, üçqat Olimpiya mükafatçısı, ikiqat dünya və yeddiqat Avropa çempionu Mariya Stadnikin 2021-ci ildə ilk yarışıdır. O, səkkizinci dəfə Avropanın ən güclüsü olmağa əsas namizədlərdəndir.