
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstan millisi ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 20:30-da start götürəcək.
İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərindəki qələbənin (2:1) ardını gətirməyə çalışacaq. Gürcüstan isə Bakıya qrup lideri kimi gəlib.
Qeyd edək ki, qrupumuzun bu gün keçiriləcək digər oyununda Lixtenşteynlə İsveçrə üz-üzə gələcək.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
10 sentyabr
20:30 Azərbaycan – Gürcüstan
Baş hakim: Loren Kopriva (Lüksemburq)
Bakı. “Dalğa Arena” stadionu.
20:30. Lixtenşteyn – İsveçrə
Gununsesi.org