Azərbaycan Gürcüstandan 14, 856 milyon dollarlıq mal-qara alıb.
Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Statistika Xidmətindən bildirilib.
Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında yerli mal-qara ixracı 58,042 milyon dollar təşkil edib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir.
Bu il Gürcüstandan yalnız 4 ölkəyə ümumi dəyəri 58,042 milyon dollar olan 17,622 ton diri mal-qara ixrac edilib:
İraq – 42,517 milyon dollar (13,083 ton);
Azərbaycan – 14,856 milyon dollar (4,228 ton);
Ermənistan – 348,4 min dollar (217 ton);
İran – 320,2 min dollar (93,5 ton).
Gununsesi.info