“Rəsmi Minsk Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə heç vaxt biganə yanaşmayıb və yanaşmayacaq da”.
Gununsesi.info xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bu gün keçirdiyi brifinqdə deyib.
Səfirin sözlərinə görə, Azərbaycan və Belarusun hər zaman müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləyir: “Biz Belarusun mövqeyini dəstəklədiyinə görə Azərbaycana minnətdarıq . Biz də öz növbəmizdə Azərbaycana istənilən dəstəyi verməyə hazırıq. Ona görə də Azərbaycan da hər zaman Belarusa arxalana bilər”.
Aprel ayında Qarabağda qoşunların təmas xəttində yaranmış gərginliyə toxunan səfir deyib ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu məsələ ilə bağlı öz prinsipial mövqeyini ortaya qoyan şəxslərdən biri olub.
Mürtəza
Gununsesi.info