Azərbaycan hərbçiləri Kəlbəcərdəki qızıl yatağına girdi – Erməni əsgərləri ərazidən çıxarııldı - VİDEO

  • By admin
  • 27 Noyabr 2020 12:13
Ermənistan Kəlbəcərin Söyüdlü kəndi ərazisində darvaza çəkib, tarixi sərhədləri təhrif edərək yeni sərhəd yaratmışdır. Bu gün Azərbaycan əsgərləri həmin sərhəddi dağıdıb, erməni hərbçilərinin o ərazidən çıxmağa məcbur ediblər. O kənddə Zod adlanan qızıl yatağı mövcuddur və beynəlxalq hüquqa görə Azərbaycanın ərazi bütovlüyünə daxildir.
Gununsesi.org xəbər verir ki,  sosial şəbəkənin Ermənistan seqmentində hal hazırda ən çox müzakirə olunan mövzu məhz budur. Ermənilər bu ərazinin Vardanes rayonuna aid olduğunu və Sotk qızıl yatağı adlandığını iddia edirlər.
Sosial şəbəkələrdə  erməni  tərəfi  video yayıb. Videoda Azərbaycan əsgərlərinin  qızıl  yatağı olan ərazidə  olduğu  görünür.

Gununsesi.org