Azərbaycan hərbi əsirlərin hamısını Ermənistana təhvil verib – Nazir

“Azərbaycan Dağlıq Qarabağdakı döyüşlərdə əsir düşən bütün hərbçiləri Ermənistan tərəfinə təhvil verib”.

Gununsesi.info report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin XİN başçısı Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

HTML tutorial

“Üçtərəfli razılaşmalara əməl edilməli olduğunu hesab edirik. Atəşkəs elan edildikdən sonra qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olanlar və ərazimizdə cinayətlər törədənlər əsir hesab edilmir.

Mülki geyimli ermənilər qanunsuz olaraq tikinti materiallarının daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrində Azərbaycan ərazisinə girməyə çalışırlar. Gələcəkdə bunun təkrarlanması yolverilməzdir”, – C.Bayramov bildirib.

Gununsesi.info