Azərbaycan hökuməti manatın məzənnəsi üçün xüsusi risk görmür - ELMAN RÜSTƏMOV

  • By admin
  • 19 Sentyabr 2017 12:16

elman_rustamov

Azərbaycan hökuməti manatın məzənnəsi üçün xüsusi risk görmür.

Gununsesi.info-nun məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, bu gün manatın məzənnəsi üzən məzənnə rejimindədir:

“Müsbət trend adətən tədiyə balansının cari əməliyyatlar hesabının profisiti hesabına formalaşır. Yəni biz cari hesabın profisitinin təqribən 1,5 – 2 milyard dollar təşkil edəcəyini gözləyirik. Mühüm məsələ ondadır ki, manatın möhkəmlənməsi iqtisadi strategiyaya nə dərəcədə uyğun olacaq. Lakin biz hələ ki belə risklər görmürük”.

Gununsesi.info