Azərbaycan idman tarixində ilk yaşanıb

  • By ilhame
  • 14 Aprel 2024 15:23

Aprelin 14-də Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə final qarşılaşmasına çıxıb.

 

Gununsesi.info xəbər verir ki, yığmamız Honkonqda təşkil olunan yarışın həlledici mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib.

 

Əlavə vaxta rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız “Paris-2024”ə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Azərbaycan komanda növlərində ilk dəfə Yay Olimpiya Oyunlarında təmsil olunacaq.

Gununsesi.info