Azərbaycan idmançıları İrəvanda yarışa yollanacaq?

Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “armenpress” nəşri məlumat yayıb.

HTML tutorial

Xəbəri isə beynəlxalq dərəcəli hakim Araik Alaverdyan təsdiq edib.

O bildirib ki, Ermənistan tərəfi Azərbaycan idmançılarının təhlükəsizliyi üçün təminat məktubu göndərib. Yarışa 5 idmançımız gedəcək.

Azərbaycan Ağır Atletika Federasiyasından “Qafqazinfo”ya bildirilib ki, onlar hələ təhlükəsizliyin təminatının təsdiqi üçün olan məktubu almayıblar: “Hələ ki, turnirdə iştirak edib-etməyəcəyimiz dəqiqləşməyib”.

 

Gununsesi.info