Azərbaycan idmançıları İrandakı beynəlxalq turnirə dəvət aldı

  • By arzu
  • 12 Yanvar 2021 16:14

Futzal üzrə Azərbaycan millisi İranda təşkil olunacaq beynəlxalq turnirə dəvət alıb.

 

Gununsesi.org-un “Report”-a istinadən məlumatına görə, bu barədə İran Futzal Federasiyasının prezidenti Daud Pərhizkar “Tasnim” agentliyinə açıqlamasında bildirib.

O, Azərbaycan Futzal Federasiyasından cavab gözlədiklərini söyləyib: “Hələlik bizə cavab verilməyib. Azərbaycan dəvətimizi qəbul etsə, İraq millisini də bu turnirə cəlb etmək üçün danışıq aparacağıq”.

Qeyd edək ki, turnirin fevralda keçirilməsi planlaşdırılır.

Gununsesi.org