Azərbaycan idmanında 2024- cü ilin ən yaxşıları bəlli oldu - YENİLƏNİR

  • By Günel
  • 09 Yanvar 2025 20:30

Bu gün Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları bəlli olur.

Gununsesi.info xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimində qaliblər müəyyənləşir.

Artıq bir neçə nominasiyada mükafatlar öz sahiblərini tapıblar.

İlin ədalətli oyun (feyr-pley) mükafatçısı
1. Qaşım Maqomedov (Taekvondo)
2. Leyla Abidinova (Atletika)
3. Nərmin Şərifova (badminton)

İlin ən yaxşı idman tədbiri
1. “Formula-1” üzrə Azərbaycan Qran-prisi
2. Beynəlxalq avarçəkmə reqatası (Füzuli və Mingəçevir)
3. Cüdo üzrə “Böyük dəbilqə” turniri

İlin ən yaxşı uşaq gənclər idman məktəbi
1. Ulduz Futbol Akademiyası
2. ROEQİUG Velosiped Məktəbi
3. Masallı Rayon Uşaq Gənclər İdman Məktəbi

İlin idman mövzusunda ən yaxşı videoçarxı
1. “Bir də gəlsəm” (Azərbaycan Cüdo Federasiyası)
2. “Doğru hədəfə yönəl” (ATV)
3. “Güləşçilərin musiqi testi” (Azərbaycan Güləş Federasiyası)

İlin ən yaxşı idman fotoqrafı
1. Zaur Mustafayev
2. Nadejda Cavid
3. İslam Atakişiyev

İlin ən yaxşı idman media qurumu
1. “CBC Sport”
2. “Azərtac”
3. “İdman.biz”

İlin ən yaxşı idman jurnalisti
1. Elmir Əliyev (haqqin.az)
2. Kənan Hakimov (İTV)
3. Nazilə Əhmədova (Real TV)

İlin idman klubu
1. “Ocaq Sport” İdman Klubu
2. “Neftçi” İdman Klubu
3. “Volan” Badminton Klubu

İlin ən yaxşı idman qurğusu
1. Milli Gimnastika Arenası
2. Bakı Su İdman Sarayı
3. “Kür” Olimpiya Tədris İdman Mərkəzi

İlin ən yaxşı olimpiya idman kompleksi
1. Quba OİK
2. Goranboy OİK
3. Ağdaş OİK

19:41

Bu gün Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları bəlli olur.

Gununsesi.info APA  – ya istinadən xəbər verir ki, qaliblərin adları Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə açıqlanır.

“Buta Palace”də baş tutacaq tədbir saat 19:00-da başlayıb. Qaliblər müvafiq mükafatlarla təltif olunacaqlar.

Seçim prosesi 3 mərhələdən ibarət olub. Namizədlər sosial media izləyiciləri, idman jurnalistləri və federasiyalar tərəfindən səs toplayıblar.

Qeyd edək ki, öncədən ötən il dekabrın 26-na planlaşdırılan tədbir AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması səbəbindən təxirə salınmışdı.

Gununsesi.info