Azərbaycan II Liqasının çempionu bəlli olub

Futbol üzrə Azərbaycan II Liqasının çempionu bəlli olub.

 

Gununsesi.info xəbər verir ki, XXV tur çərçivəsində doğma meydanda “Dinamo” komandasına qalib gələn (4:2) “Baku Sportinq” xallarının sayını 61-ə çatdıraraq qızıl medalları özü üçün təmin edib.

 

Paytaxt təmsilçisi mövsümün başa çatmasına 1 tur qalmış 56 xala malik “Füzuli”ni qabaqlayıb.

Gununsesi.info