Bu gün Azərbaycan üçün iki çox önəmli məsələ var:
Yevlaxda Qarabağ erməniləri ilə başlayacaq danışıqlar;
24 saatlıq anti-terror əməliyyatı ilə bağlı BMT-də aparılacaq müzakirələr.
Azərbaycan ikinci dəfə 10 noyabr situasiyanın təkrarlanmasına imkan verməməlidir. Putin artıq Qarabağdakı qondarma rejimin qalacağını dilinə gətirib, bu, təhlükəlidir.
Bakı yubanmadan Qarabağda dövlət suverenliyini təsdiq edən atributları Xankəndinə yerləşdirməlidir. Əks halda müzakirələrdən imtina etməlidir.
BMT-də aparılacaq müzakirələr də önəmlidir. Dünən Prezident xalqa müraciətində Qarabağ erməniləri ilə bağlı dedikləri, Hikmət Hacıyevin reinteqrasiya proqramının hazır olması ilə bağlı bəyanatı bu baxımdan önəmlidir. Azərbaycan heç bir vəchlə Qarabağda separatizmə nəfəs verəcək təşəbbüslərə imkan verməməlidir. Əks halda, qısa müddət sonra hər şey qaldığı yerdən davam edəcək…
Elçin
Gununsesi.info