Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

  • By admin
  • 28 Mart 2018 19:40


Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir ilə görüşüb.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

Gununsesi.info